Müğənni Xatirə İslam həyat yoldaşı Fəxrəddindən bəhs edib.

Axşam.az xəbər verir ki, sənətçi "5/5" verilişində qonaq olan zaman aparıcı Zaur Kamal telefon nümayiş etdirib. Xatirə isə qiyməti 4 min manat olan telefondan xoşu gəldiyini söyləyib.

İfaçının "Necə edim ki, bu telefondan məndə də olsun sözlərinə aparıcı "Axşam həyat yoldaşının qarşısında ağla, denən 3 ay maaşını yığ mənə telefon al" cavabını verib.

"Şən bazar" verilişində qonaq olan Xatirə ərinin Zaurun bu sözlərinə əsəbiləşdiyini etiraf edib:

"Yoldaşım deyir ki, dostun mənə efirdə söz atır. Özü də Zaurla Fəxrəddin bir yerdə idmana gedirlər. Deyir, Zaur söylədi ki, yoldaşın 3 aylıq maaşını yığıb telefon alsın. Ona başa sal ki, o, mənim 3 yox, yarımaylıq maaşımdır. Ona iki kəlmə sözüm olacaq".



                 

Xəbər lenti