Azərbaycan UNESCO-da sədr müavini seçilib

Azərbaycan UNESCO-da sədr müavini seçilib
482 dəfə oxunub
  • A-
  • A
  • A+

Parisdə UNESCO-nun baş qərargahında qurumun mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiyasının Hökumətlərarası Komitəsinin 14-cü sessiyasının Bürosuna üzvlər seçilib.

Axşam.az xəbər verir ki, Azərbaycan Hökumətlərarası Komitənin Bürosunun sədr müavini vəzifəsinə seçilib.

Beləliklə, ölkəmiz UNESCO-nun baş qərargahında qurumun mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005-ci il Konvensiyasının Hökumətlərarası Komitəsinin 14-cü sessiyasının Bürosunun sədr müavini vəzifəsini bir il müddətində icra edəcəkdir.

Sessiyada Azərbaycanı Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva və UNESKO yanında daimi nümayəndəliyin rəhbəri, səfir Anar Kərimov təmsil edib.