Londonda təşkil olunan konsertlərdən birində çıxış edən məşhur ingilis reper Slovthai tamaşaçıya hücum edib.

Axşam.az xəbər verir ki, reper səhnədə danışdığı vaxt uca səslə danışan bir nəfər görə rahatsız olub. O, əvvəlcə əlindəki mikrofonu tamaşaçıya atıb. Daha sonra seyirci mikrofonu səhnəyə geri tullayıb. Bundan əsəbiləşən reper səhnədən enərək tamaşaçıya hücum edib.

Konsertdə olan mühafizəçilər ifaçı ilə tamaşaçı arasında əlbəyaxa davanın düşməsinə yol verməyiblər.



                 

Xəbər lenti