Heydər Əliyev Sarayında rok axşamı keçirilib - Fotolar

Heydər Əliyev Sarayında rok axşamı keçirilib -  Fotolar
508 dəfə oxunub
  • A-
  • A
  • A+

Fevralın 15-də Heydər Əliyev Sarayının səhnəsində Sankt-Peterburqun “IP ORCHESTRA” simfonik orkestrinin çıxışı olub.

Axşam.az “AzərTac”a istinadən xəbər verir ki, İqor Ponomarenkonun dirijorluğu ilə keçən konsertdə “AcDc”, “Metallica”, “Nirvana”, “Aerosmith”, “Rammstein”, “Queen” kimi dünya şöhrətli qrupların repertuarlarından rok musiqisi hitləri səsləndirilib.

Bir sıra layihələr, xüsusən də məşhur “Barışnya-krestyanka” və “Strasti po Kaştanke” müziklləri tanınmış bəstəkar və dirijor İqor Ponomarenkonun adı ilə bağlıdır. O, “Ma.Qr.İq.Al” və “Terem-kvartet” kimi musiqi kollektivlərinin yaradıcısıdır. İ.Ponomarenko, həmçinin 2009-cu ildə “IP ORCHESTRA”nın əsasını qoyub.