Rövşanə ilə Manaf arasında qalmaqal: "Səni bəyənmirəm"

Rövşanə ilə Manaf arasında qalmaqal:  "Səni bəyənmirəm"
7571 dəfə oxunub
  • A-
  • A
  • A+
"Siz gözəl insansınız. Amma sizin mahnılara qulaq asmıram. Gözəl səsiniz var, amma janrınızı bəyənmirəm. Çalışıram efirimdə də bu tərz ifaları təbliğ etməyim".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Rövşanə Ağasəfqızı müğənni Manaf Ağayevin ünvanına deyib. O, "Səhər-səhər" verilişində qonaq olan ifaçının oxumaq tərzini tənqid edib.

Onun sözlərinə əsəbiləşən Manaf "Mənim sənətimi bəyənmirsiniz. Bu janrda oxuyanlardan soruşacam görüm, sizi bəyənirlər? Zövqlər müxtəlifdir. Özümdən başqa oxuyan tanımıram" cavabını verib.