"Murad ulduz olub"

"Murad ulduz olub"
1210 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Ceyhun Əliyev həmkarı Murad Ariflə bağlı qalmaqallı açıqlama verib.

Axşam.az xəbər verir ki sənətçi "ATV maqazin onlarla"da "Murad Arifin, yoxsa Əhməd Mustafayevin mahnılarını bəyənirsən" sualına tənqidlə cavab verib:

"Murad ulduzluq həyatı yaşayır. Əvvəl belə deyildi. Əhməd Mustafayev yaxşıdır, telefonla tez-tez danışırıq. Qeyri-səmimi olmayım, hiss edilər.

Murad əvvəlki deyil, kənara çəkilib. Bu da kişi ifaçı üçün yaxşı deyil. Bəzi qız-kişi ifaçıları görür, elə bilirlər onlar kimi olmaq yaxşıdır. Amma hərənin öz yolu var".