Aydın Kazımzadənin 80 illiyi keçiriləcək

Aydın Kazımzadənin 80 illiyi keçiriləcək
225 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Film Fondunda Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin 80 illiyinə həsr olunmuş tədbir keçiriləcək.

Axşam.az xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyinin dəstəyi, Dövlət Film Fondunun təşkilatçılığı ilə reallaşacaq.

Tədbir çərçivəsində Aydın Kazımzadənin həyat və fəaliyyətindən, o cümlədən Azərbaycan kinosunun tədqiqində və təbliğində müstəsna xidmətlərindən danışılacaq, onun hazırladığı və aparıcıllıq etdiyi verilişlərindən kadrlar nümayiş olunacaq və foto sərgi təqdim ediləcək.

 
Tədbir fevralın 18-də, saat 17:00 da Dövlət Film Fondunda keçiriləcək.