Ayazın səhhətində problem yaranıb

Ayazın səhhətində problem yaranıb
2560 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Ayaq Qasımovun səhhətində problem yaranıb.

Axşam.az xəbər verir ki, sənətçi bu haqda "ATV maqazin onlarla"ya açıqlamasında deyib. Ayaz bildirib ki, 3 aydır müalicə alır:

"Səhhətimdəki problem işlərimə mane oldu. Yüksək qan təzyiqindən əziyyət çəkirdim. Qorxulu bir haldır. Ruhdan da düşmüşdüm. Müalicə effekt verdi, indi yaxşıyam".