“Nağıllar aləmində” yenidən səhnədə

“Nağıllar aləmində” yenidən səhnədə
362 dəfə oxunub
  • A-
  • A
  • A+
Şuşa Dövlət Musiqili Dram Teatrı uşaqları “Nağıllar aləmində” tamaşası ilə sevindirib.

Axşam.az xəbər verir ki, səhnə əsərinin quruluşçu rejissoru, Əməkdar artist Loğman Kərimovdur.

Tamaşanın əsas obrazı dəcəl qız uşağı İlkanədir. Səhnə əsərində müxtəlif xalqların nağıl qəhrəmanları öz ölkələrinin mədəniyyətindən və tarixindən danışır. Tamaşa boyunca aktyorlar uşaqlarla ünsiyyətdə olub. Tamaşa rəngarəng musiqi nömrələri ilə zəngindir.