Xalq artisti Faiq Ağayev küsülü olduğu həmkarı Brilliant Dadaşova ilə aralarındakı qalmaqalı daha da alovlandırıb.

Axşam.az xəbər verir ki, müğənni Murad Arifin "Popumuz var" "Youtube" layihəsində qonaq olub. Ağayev aparıcının "Flora Kərimovanın, yoxsa Brilliant Dadaşovanın sənəti" sualına belə cavab verib:

"Sən nə danışırsan? Təbii ki, Flora Kərimova. Müqayisəolunmaz bir şeydir. Biri əsrlər boyu qalacaq, o biri bir azdan yaddan çıxacaq".

Qeyd edək ki, F.Ağayev illərdir F.Kərimova və B.Dadaşova ilə küsülüdür.



                 

Xəbər lenti