“Murad Dadaşov hansı obrazına görə Xalq artisti olub?”

“Murad Dadaşov hansı obrazına görə Xalq artisti olub?”
10264 dəfə oxunub
  • A-
  • A
  • A+

“Hindistanda İranda, Türkiyədə olmuşam, hər yerdə bizim bu fəxri ad məsələsinə gülürlər. Miri Yusif hələ ən şükürlüsüdür. Özünə görə reperdir. Miri Yusifi deyirik, amma ondan da dəhşətli “bozbaş” Xalq artistləri var”.

Axşam.az xəbər verir ki, bu sözləri Kulis.az-a müsahibəsində aktyor Kamran Yunis deyib. O, Murad Dadaşovun ünvanına tənqidlər səsləndirib:

“İllərlə oturub düşünürəm ki, niyə və nəyinə görə veriblər bu adı sənə? Rəhmətlik Habil Əliyev demiş, yaxşı, verirdilər bəs sən niyə götürürdün? Həsənağa Turabov, Həsən Məmmədov da Xalq artistidi, Murad Dadaşov da? Heç olmasa o sənətkarların ruhundan utanmırmı? Aktyor deyil.

Ola bilər yaxşı insandır, yaxşı şoumendir. Amma "Xalq artisti" deyil axı, başınıza dönüm. Murad Dadaşov bu günə qədər hansı obrazı yaradıb? Müslüm Maqomayeva verilib ey bu ad. Heç nə etməyə-etməyə adama necə Xalq artisti adı vemək olar?”.