Biləsuvarda soyuq su ilə çimən oğlan öldü

Biləsuvarda soyuq su ilə çimən oğlan öldü
3847 dəfə oxunub
  • A-
  • A
  • A+

Biləsuvar rayon sakini pnevmoniyadan vəfat edib.

Axşam.az "Report"a istinadən xəbər verir ki, rayonun Ağalıkənd kənd sakini, 17 yaşlı Quliyev Xalid İdrak oğlu müalicə olunduğu xəstəxanada ölüb.

Məlumata görə, mərhum bir neçə gün öncə soyuq su ilə çimib. Bunda sonra onun vəziyyəti pisləşib. O, xəstəxanada bir müddət müalicə olunsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.