Elza Seyidcahan polisə müraciət etdi

Elza Seyidcahan polisə müraciət etdi
1122 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Elza Seyidcahan polisə şikayət edib.

Axşam.az xəbər verir ki, buna səbəb müğənninin adından sosial şəbəkədə yayılan şeir olub. Bu haqda Seyidcahan "Hər şey daxil" verilişində deyib. O bildirib ki, siyasi mövzuda şeir yazmır:

"Daxili İşlər Nazirliyinə müraciət etmişəm. Adımdan yazılan bütün şeirləri yayanları tapsınlar. Həmin şeirləri mən yazmıram. Özü də mənim adımdan siyasi xarakter daşıyan şeirlər yayırlar".