Müslüm Maqomayevin həyatından serial çəkdilər - Foto + Video

Müslüm Maqomayevin həyatından serial çəkdilər - Foto + Video
965 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın birinci kanalı mərhum Xalq artisti Müslüm Maqomayevin həyatından bəhs edən serialın treylerini yayımlayıb.

Axşam.az xəbər verir ki, “Mediaslovo” şirkətinin ərsəyə gətirdiyi “Maqomayev” adlanan ekran işində sənətçinin obrazını serbiyalı aktyor Bikoviç Miloş canlandırıb. M.Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya obrazına İrina Antonenko, rusiyalı bəstəkar Aleksanda Paxmutova obrazına isə Mariya Şalayeva həyat verib.

Ekran işində Babkina Kseniya, Svetlana Ustinova, Nikiya Tarasov, Alyona İvçenko, Maksim Laqaşkin də çəkilib.

Serialda hadisələr 1960-cı illərdə “Brejnev dönəmi”ndə cərəyan edir.

Qeyd edək ki, 8 seriyadan ibarət ekran işi Xalq artisti Emin Ağalarov və iş adamı Araz Ağalarovun dəstəyi ilə çəkilir.