“Mətanət Əliverdiyevanın aparıcılığı ilə yayımlanan “Ən yaxşısı” verilişi prodakşn layihəsidir. Telekanal rəhbəri tərəfindən həmin prodakşnın sahibi ilə ciddi profilaktik söhbət aparılıb”.

Bu sözləri Axşam.az-a açıqlamasında ATV telekanalının icraçı direktoru İsmayıl Həsənov bildirib.

O deyib ki, telekanalın rəhbəri müğənni Manaf Ağayevin verilişdə səsləndirdiyi fikirlərlə bağlı prodakşna xəbərdarlıq edib, bir daha belə halların yaşanmaması üçün göstərişlərini verib.

Qeyd edək ki, bir müddət əvvəl “Ən yaxşısı” verilişində müğənni Manaf Ağayev qadınlar haqda zorakılığa çağırış edən fikir səsləndirib.



                 

Xəbər lenti