“Oskar”a seçilən qaliblər dəhşətdir”

“Oskar”a seçilən qaliblər dəhşətdir”
928 dəfə oxunub
  • A-
  • A
  • A+

ABŞ prezidenti Donald Tramp Cənubi Koreya istehsalı olan “Parazit” filminə “Oskar” mükafatının verilməsinə etiraz edib.

Axşam.az xəbər verir ki, mükafatlandırma mərasiminin bir həftə əvvəl keçirilməsinə baxmayaraq, Tramp hələ də nəticələrlə razılaşa bilmir.

O hesab edir ki, bu mükafat başqa bir filmə verilməli idi.

Bu barədə Tvitter səhifəsində yazan prezident seçimlərin yalnış olduğunu bildirib:

“Bu il kinoakademiyanın seçdiyi qaliblər dəhşətdir. Qalib Cənubi Koreya istehsalı olan “Parazit” filmidir. Burada nə baş verir? Bizim Cənubi Koreya ilə ticarətdə kifayət qədər problemlərimiz var. Kinoakademiya isə ilin “ən yaxşı filmi” kimi onlara mükafat verir. Bu normaldır?”.

Qeyd edək ki, ekran işinin rejissoru Bonq Cun Hundur.