“Survivor”a yeni iştirakçılar gəlir - Fotolar

“Survivor”a yeni iştirakçılar gəlir -  Fotolar
2775 dəfə oxunub
  • A-
  • A
  • A+
“TV8” kanalında yayımlanan “Survivor” yarışmasına yeni iştirakçılar daxil olub.

Axşam.az xəbər verir ki, dizlərindən aldıqları zədəyə görə oyundan uzaqlaşdırılan aktyor Uğur Pektaş və basketbolçu Şaziye İvegin Üneri futbolçu Erman Altıkardeş ilə boksçu İrem Akın əvəz edəcək.

Qeyd edək ki, “Survivor”da həmyerlimiz, kikboks üzrə dünya çempionu Pərviz Abdullayev də iştirak edir.