Rəhman Rəhmanova nə olub?

Rəhman Rəhmanova nə olub?
2970 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Rəhman Rəhmanov günorta saatlarında ailəsi tərəfindən Bakı Sağlamlıq Mərkəzinə köçürülüb.

Axşam.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Ə.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Bəyalı Məmmədov deyib.

Onun sözlərinə görə, aktyorun qaraciyəri, ürəyi ilə bağlı problemləri var:

“Həmçinin şəkər xəstəliyindən də əziyyət çəkir. Vəziyyəti ciddi idi. Bizdə az müddət qaldı. Digər xəstəxanaya köçürüldüyünə görə diaqnoz qoya bilmədik. Yəqin ki, digər xəstəxanada tam diaqnoz qoyulacaq”.