Rəhman Rəhmanovun əməliyyatı üçün pul yoxdur

Rəhman Rəhmanovun əməliyyatı üçün pul yoxdur
4398 dəfə oxunub
  • A-
  • A
  • A+

Vəziyyəti ağır olan Əməkdar artist Rəhman Rəhmanov Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasından Bakı Sağlamlıq Mərkəzinə aparılıb.

Axşam.az xəbər verir ki, Kukla Teatrının baş rejissoru Qurban Məsimov aktyorun son durumu ilə bağlı Yenicag.az-a açıqlama verib:

“Dünən aktyor Bakı Sağlamlıq Mərkəzinə aparılıb. Hazırda reanimasiyadadır. Gecə ikən analizlər götürüldü, diaqnoz qoyuldu. 12 barmaq bağırsağın yolunu daş bağlayıb. Onu təcili əməliyyat edib çıxarmaq lazımdır. Bunun üçün xəstəxanaya ödəniş olunmalıdır. Hələ ki, o məbləğ olmadığı üçün həkimlər gözləyir. Biz və yaxınları bu məbləğin toplanmasına çalışırıq. Təcili əməliyyat olunmasa, Rəhman müəllimin vəziyyəti daha da kritikləşə bilər. Qanına zəhərlənmə keçsə, həyatı təhlükə ilə üz-üzə qalacaq”.