Əməkdar artist əməliyyat olundu

Əməkdar artist əməliyyat olundu
4842 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Rəhman Rəhmanov əməliyyat olunub.

Axşam.az Yenicag.az-a istinadən xəbər verir ki, bu dəqiqələrdə başa çatan əməliyyat zamanı aktyorun bağırsaq yolunu kəsən daş çıxarılıb. Aktyor şəkərli diabetdən əziyyət çəkdiyi üçün, əməliyyat açıq deyil, endoskopik yolla baş tutub. Həkimlər əməliyyatın uğurla keçdiyini deyirlər.

Yaxınları aktyorun bir neçə gün sonra ikinci dəfə əməliyyat olunacağını deyib:

“Öd kisəsi tamamilə yararsız haldadır, ikinci əməliyyatla onun öd kisəsi çıxarılacaq”.

Aktyorun əməliyyat xərcinin əsas hissəsini Bakı Sağlamlıq Mərkəzi üzərinə götürüb.