Səsi batdı, konsertlərini ləğv etdi

Səsi batdı, konsertlərini ləğv etdi
1110 dəfə oxunub
  • A-
  • A
  • A+
Məşhur amerikalı müğənni Lana Del Reyin səsi batıb.

Axşam.az xəbər verir ki, səhhətində problem yaşayan ifaçı bu səbəbdən Avropadakı və Böyük Britaniyadakı konsert turunu ləğv etdirib.

Yaranmış vəziyyətə görə məyus olan müğənni sosial şəbəkədə pərəstişkarlarından üzr istəyib:

“Son anda hamını məyus etdiyimə görə üzr istəyirəm. Bu xəstəlik mənə qəfildən sürpriz etdi və səsimi tamamilə batırdı”.