“Şou-biznesə ər tapmağa gəlirlər”

“Şou-biznesə ər tapmağa gəlirlər”
1197 dəfə oxunub
  • A-
  • A
  • A+

“Kimlərsə şou-biznesə başqa məqsədlərlə gəlir. Bu sahəyə sponsor tapmağa, daha çox qazanmağa və ya ər tapmağa gələn insanlar var. Kiminsə niyyətində yaradıcılıq yoxdursa, o təbii ki, bu sferanı bəyənməyəcək, pisləyəcək”.

Axşam.az xəbər verir ki, bu sözləri bəstəkar-müğənni Murad Arif “Mtv Azərbaycan”a müsahibəsində deyib. İfaçı bu camiyəni “bataqlıq” adlandıranları qınayıb:

“Bir qızın müsahibəsini oxumuşdum ki, ərə getsəydim, bu bataqlıqdan çıxardım. Bura bataqlıq deyil. Mən buradan tamaşaçılara demək istəyirəm ki, ağlı başında olan, yaradıcılığını sevən insan üçün şou-biznes bataqlıq deyil. Bu şeylər insanın niyyətinə bağlıdır!”.