Rozanın oğlundan sonra, qızı da...

Rozanın oğlundan sonra, qızı da...
3141 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Roza Zərgərlinin qızı Bənövşə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında ilk tamaşasını oynayıb.

Axşam.az xəbər verir ki, o, "Mən dəyərəm min cavana" tamaşasında rol alıb. Bənövşə bildirib ki, ilk tamaşada çox həyəcanlı olub:

"İşə dəvət olunanda səsimə münsiflər qulaq asdılar. İmtahandan sonra işə qəbul edildim. Təşəkkür edirəm ki, gənc istedadlara şərait yaradırlar. Əli Qismət Lalayeva minnətdaram. Ümid edirəm ki, mənə verilən etimadı doğruldacam.

İlk tamaşada İbadın qızı obrazını canlandırdım. Bu qədər böyük bir teatrın səhnəsində çıxış etmək böyük uğurdur. İlham Namiq Kamal, Əkbər Əlizadə, Ülviyyə Əliyeva kimi aktyorlarla eyni səhnəni paylaşmaq asan deyildi. Bu işin məsuliyyətini dərk edirəm. Buna görə də öz üzərimdə çalışıram".

Qeyd edək ki, Bənövşə Bakı Musiqi Akademiyasında vokal təhsili alır. R.Zərgərlinin oğlu Corc Qafarov da aktyor kimi fəaliyyət göstərir. O, Akademik Milli Dram Teatrında fəaliyyət göstərir.