"Azərbaycan Televiziya və Radio Verilişləri" (AzTV) Qapalı Səhmdar Cəmiyyətində kadr dəyişikliyi olub.

Axşam.az xəbər verir ki, Elsevər Dünyamalıyev AzTV sədrinin müavini vəzifəsindən azad edilib, onun yerinə isə Rüfət Həmzəyev təyin olunub.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov "Report.az"a məlumatı təsdiqləyib.

Qeyd edək ki, R.Həmzəyev AzTV-də "Əsas məsələ" tok-şousunun aparıcısıdır.



                 

Xəbər lenti