"Mənim başım xarab deyil"

"Mənim başım xarab deyil"
1149 dəfə oxunub
  • A-
  • A
  • A+
"Hər aparıcının beyninə, hərəkətinə, paltarına uyğun söhbətim olur. Başım xarab deyil. Başımı çox işlətmirəm ki, gələcəyə yer qalsın".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Rafiq Hüseynov (Rəmiş) "Şou ATV"də qonaq olarkən deyib. Gitara ifaçısı aparıcıların ona ünvanladığı suallardan gileylənib:

"Başım xarab olar da... Başıxarab aparıcıların suallarından baş qalar? Biri deyir, neçə uşağın var? O biri Qarabağdan soruşur. Sizin nə işinizə qalıb".

Rəmiş aparıcının "Gülü xanıma hansı mahnını həsr etmisiz" sualına "Kişi arvadına mahnı qoşmaz" cavabını verib.