Azərbaycanlı aktyorların toy tarixi bəlli oldu

Azərbaycanlı aktyorların toy tarixi bəlli oldu
4015 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən ilin noyabrında nişanlanan Asya Atakişiyeva və Əmrah Dadaşov cütlüyünün toy tarixi bəlli olub.

Axşam.az-ın məlumatına görə, indidən hazırlıqlara başlayan aktyorların şad günü yay aylarına təsadüf edəcək. Toy 1 iyunda paytaxt restoranlarının birində baş tutacaq. Məclisə müxtəlif sənət nümayəndələri və aktyorlar qatılacaq.

Qeyd edək ki, A.Atakişiyeva Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında çalışır. İndiyədək “Həyat sən nə qəribəsən”, “Qayınana”, “Ata ocağı” kimi seriallarda rol alıb. Ə.Dadaşov isə Akademik Musiqili Teatrın aktyorudur. İndiyədək obrazlarına görə, müxtəlif mükafatların sahibi olub.