"Evdəki deyir ki, kökəl"

"Evdəki deyir ki, kökəl"
6072 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Şəbnəm Tovuzlu artıq çəki almasını irad tutanlara cavab verib.

Axşam.az xəbər verir ki, "Ona qalsa" verilişinə qonaq olan ifaçı şirniyyat yemək istəyib. Proqramın aparıcısı Nazilə Səfərli isə onun kökəldiyini irad tutub. Əsəbiləşən Şəbnəm həyat yoldaşı Həcinin ondan kökəlməsini istədiyini bildirib:

"Sənin nəyinə lazımdır, məni sevən belə sevir. 67 kiloqram idim, 64 olmuşam. Evdəki deyir ki, kökəl. Xanım ətli-qanlı, balıq ətli olmalıdır".