Sərxoş halda avtomobili müxbirlərin üstünə sürdürdü - Fotolar

Sərxoş halda avtomobili müxbirlərin üstünə sürdürdü -  Fotolar
2574 dəfə oxunub
  • A-
  • A
  • A+
“Hakan Muhafız” serialında rol alan aktyor Çağatay Ulusoy İstanbulun Yeniköy ərazisində yerləşən məkanların birində dostları ilə əylənib.

Axşam.az xəbər verir ki, çıxışda müxbirlərin olduğunu bilən aktyor içkili olduğu üçün jurnalistlərə müsahibə vermək istəmədiyini xəbər göndərib.

İstəyinin nəzərə alınmadığını görən Ç.Ulusoy prodüserini jurnalistlərin yanına göndərib, özü isə arxa qapıdan uzaqlaşmaq istəyib.

Fotokameraları görən aktyor sürücüsündən avtomobili müxbirlərin üsütünə sürməsini istəyib.

Sərxoş halda kameralara düşməmək üçün əlindən gələn hər şeyi edən Çağatayın kəmərdən istifadə etməməsi də diqqət çəkib.