Rusiya mediası Xocalı soyqırımı ilə bağlı dəhşətli fotolar yaydı

Rusiya mediası Xocalı soyqırımı ilə bağlı dəhşətli fotolar yaydı
11262 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın "lenta.ru" saytı Xocalı soyqırımı ilə bağlı material yayımlayıb.

Axşam.az xəbər verir ki, "Qadınlar və uşaqlar qarda ölüblər" başlıqlı yazıda 28-ci ili tamam olan faciənin baş verməsindən bəhs edilib.

Bildirilib ki, Qarabağ müharibəsində Xocalı faciəsi zamanı 600 sakin həlak olub. 28 il ötməsinə baxmayaraq, günahkarlar hələ də cəzasız qalıb:

"28 il əvvəl 26 fevral gecəsi azərbaycanlıların hələ də göz yaşı tökdüyü Xocalı faciəsi yaşanıb. Ermənistan silahlı qüvvələri zor gücü tədbiq edərək şəhəri mühasirəyə alıb və hücuma keçib. Bu əməliyyat dinc sakinlərin kütləvi öldürülməsi ilə nəticələnib. 600-dən çox dinc sakin həlak olub: yaşlılar, uşaqlar, qadınlar...

 

Xocalı faciəsi Dağlıq Qarabağ müharibəsində ən dəhşətli hadisə hesab edilir.

"İlk dəfə iki hərbi vertolyotun müşahidəçiliyi ilə fevralın 28-də faciə ərazisinə daxil oldum. Hələ havadan yerə baxanda 500-ə qədər donmuş meyit gördüm. Bizi müşahidə edən polislər meyitləri qohumlarına çatdırmalı idi. Əsl şok yaşadıq. Aramızda olan iki nəfər mənzərədən huşunu itirdi. Çoxları isə qusdu" deyə, mərhum jurnalist Çingiz Mustafayev yazıb".

Məqalədə eyni zamanda Xocalı soyqırımını əks etdirən dəhşətli fotolar yayımlanıb.