Prezident və birinci xanım Xocalı abidəsini ziyarət etdi - Video

Prezident və birinci xanım Xocalı abidəsini ziyarət etdi -  Video
774 dəfə oxunub
  • A-
  • A
  • A+

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xətai rayonunda Xocalı faciəsinin qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı" abidəsini ziyarət ediblər.

Axşam.az xəbər verir ki, İlham Əliyev abidənin önünə əklil qoyub, soyqırım qurbanlarının xatirəsinə ehtiramını bildirib.

Birinci xanım Mehriban Əliyeva, dövlət və hökumət nümayəndələri abidənin önünə gül dəstələri qoyublar.