Arvadını 6 yaşında zorlayıbmış... - Masallıdakı qətlin təfərrüatları

Arvadını 6 yaşında zorlayıbmış... -  Masallıdakı qətlin təfərrüatları
10736 dəfə oxunub
  • A-
  • A
  • A+

Masallı rayonunda kişi arvadını, qaynı və qayınanasını güllələdikdən sonra intihar edib.

Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bir neçə saat öncə rayonun Təzəkənd kəndində baş verib.

Kişi odlu silahla arvadı, qayınanası və qaynını güllələyib, daha sonra isə özünü güllələyərək öldürüb. Onun arvadı və qaynı hadisə yerində vəfat edib, qayınanasının vəziyyətinin isə ağır olduğu bildirilir.

1988-ci il təvəllüdlü Sərvan Ağayevin həyat yoldaşı, 1999-cu il təvəllüdlü Alimə Nəbiyeva bir müddət əvvəl ondan boşanmaq qərarına gəlib və bu hadisəyə qədər olan günlərdə atasının evində qalıb. Bu gün isə qardaşı və anası Zemfira ilə cehizini götürmək üçün Sərvanın evinə gediblər. Orada Sərvan əvvəlcə onları, sonra isə özünü çənəsindən güllələyib.

Sərvan və həyat yoldaşının birgə nikahdan iki azyaşlı övladı var. Hadisə nəticəsində vəfat edən Sərvanın qaynı 1995-ci il təvəllüdlü Nəbiyev Miralimin də iki azyaşlı uşağı var.

Qızın atası Əli isə bir neçə il əvvəl iflic olduğu üçün yataq xəstəsidir. Sərvan kənddə "Qoç Aydının oğlu" kimi tanınıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən S.Ağayev daha əvvəl məhkumluq həyatı yaşayıb. Belə ki, o, Alimə Nəbiyevanı zorladığı üçün barəsində Cinayət Məcəlləsinin 149-cu (zorlama) maddəsi ilə iş açılıb və doqquz il müddətinə həbs edilib.

Altı il həbsxanada qalandan sonra Sarvan Ağayev azadlığa çıxıb və Alimə ilə evlənib. Lakin bundan sonra da onların arasında münasibətlər düzəlməyib.

***

Masallı rayonunda baş verən ailə faciəsi ilə bağlı dəhşətli faktlar üzə çıxıb.

Bu gün öldürdüyü keçmiş həyat yoldaşı Alimənin 6 yaşı olanda Sarvan onunla zorla intim əlaqədə olub. Buna görə Sərvan bir neçə il həbsdə yatıb və ailələr razılığa gəlib ki, Sərvan həbsdən çıxandan sonra Alimə ilə evlənəcək. Bu razılıq da reallaşıb və cütlüyün bu nikahdna iki uşağı dünyaya gəlib. Son vaxt ailələr arasında münaqişə böyüdüyü üçün onlar rəsmi olaraq boşanıblar. Lakin bu yaxınlarda ailələr Sarvan və Alimə üçün yeni ev tikiblər, cütlük bir müddət orada da yaşayıb. Bunun ardınca isə evə görə ailələr arasında münaqişə böyüyüb. Alimənin anası Zemfiranın isə psixoloji problemləri olduğu bildirilir. Onun təzyiqi ilə cütlük növbəti dəfə ayrılıblar. Sarvan cehiz əşyalarını aparmaq üçün həmin yeni tikilən evə gələn keçmiş arvadı Alimə, onun qardaşı Alim və anası Zemfiranı ov tüfəngi ilə vurduqdan sonra özünə də çənəsindən atəş açıb. Lakin Sarvan bundan sonra hadisə yerindən qaçaraq yaxınlıqdakı yarımtikilidə gizlənib, polis onu qan izlərini təqib edərək tapıb. Sarvan xəstəxanaya aparılsa da, vəfat edib. Hadisə nəticəsində Alimə və Alim də ölüb, Zemfiranın vəziyyəti ağırdır.

Sarvan kənddə ovçuluqla məşğul olub, dolanışığını da ovladığı quşları satmaqla təmin edib.