Fevralın 5-də 103 yaşında vəfat edən Hollivud aktyoru Kirk Duqlas özündən sonra 60 milyon funt-sterlinqdən (132 milyon 498 min manat) çox miras qoyub.

Axşam.az xəbər verir ki, bu günlərdə mərhum aktyorun ailəsinə bir qəpik belə miras qoymadığı məlum olub.

Kirkin yazdığı vəsiyyətnaməyə əsasən, bütün pulunu illər əvvəl yaratdığı xeyriyyə fonduna bağışlayıb. Hazırda fondun rəhbəri onun həyat yoldaşı Anndır.

Həmçinin pulun bir qismi aztəminatlı ailələrdən olan tələbələri dəstəkləmək üçün Müqəddəs Lavrentia Universitetinə köçürüləcək.

Qeyd edək ki, Kirk aktyor Maykl Duqlasın atasıdır.



                 

Xəbər lenti