Gürcüstanda Azərbaycan vətəndaşı koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib

Gürcüstanda Azərbaycan vətəndaşı koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib
1881 dəfə oxunub
  • A-
  • A
  • A+

Hazırda Tbilisi İnfeksion Xəstəliklər Xəstəxanasının izolyasiya edilmiş palatalarında koronavirusun mümkün simptomları ilə 10 nəfər nəzarətdə saxlanılır.

Axşam.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın İctimai televiziya kanalına xəstəxanadan məlumat verilib.

Bildirilib ki, həmin şəxslər Gürcüstan, Azərbaycan, Çin və İran vətəndaşlarıdır. Məlumata görə onlardan analiz götürülərək, Luqar laboratoriyasına göndərilib.