“Qırmızı ləçəklər” romanı təqdim olunub - Foto

“Qırmızı ləçəklər” romanı təqdim olunub - Foto
656 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Gənclər Fondu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində işıq üzü görən “Qırmızı ləçəklər” romanının Bakı Konqres Mərkəzində təqdimatını və imza mərasimini keçirib.

Axşam.az “AzərTac”a istinadən xəbər verir ki, yazıçı Varisin yazdığı bu romanda azərbaycanlı Əlif Hacıyevlə belaruslu Qalina Mankonun Xocalı soyqırımı nəticəsində yarımçıq qalmış gerçək bir sevgi hekayəti qələmə alınıb.

Romanda 1984-cü ildə Əskəranda sahə müvəkkili kimi xidmət apararkən gizli erməni separatizminin izinə düşən, şərlənib həbs olunaraq 5 il həbsxanada yatdıqdan sonra bu dəfə Xocalı aeroportunun komendantı vəzifəsində erməni millətçiləri ilə mübarizə aparan Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin şərəfli həyat yolu oxuculara təqdim olunur. Eyni zamanda, Dağlıq Qarabağın tarixi barədə məlumatlar verilir, 26 fevral faciəsinə qədərki və faciə zamanındakı Xocalı təsvir edilir.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş romanın xarici dillərə tərcümə olunaraq “Xocalıya ədalət!” kampaniyası çərçivəsində bir neçə ölkədə nəşri planlaşdırılır.