Bakıdan Belarusa uçan sərnişində koronavirus aşkarlanıb

Bakıdan Belarusa uçan sərnişində koronavirus aşkarlanıb
4122 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyanın daha iki ölkəsində koronavirusa yoluxma faktı qeydə alınıb.

Axşam.az “Report”a istinadən xəbər verir ki, Belarus və Meksikada koronavirus infeksiyası aşkarlanıb.

Belarus Səhiyyə Nazirliyinin açıqlamasına görə, koronavirus daşıyıcısı İranlı tələbədir. O, Belarusa Bakıdan uçub.

Xatırladaq ki, dünyada koronavirus infeksiyasından ölənlərin sayı 2 858 nəfərdir. Virus daşıyıcılarının sayı isə 83 380-dan çoxdur.