Barbinin gözəllik standartları dəyişib - Fotolar

Barbinin gözəllik standartları dəyişib - Fotolar
2280 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur oyuncaq şirkəti “Mattel” gözəllik standartlarının eyni olmasını tənqid edənlərə yeni gəlincikləri ilə qarşılıq verib.

Axşam.az xəbər verir ki, onlar iradları nəzərə alaraq yeni Barbi gəlinciklərini fərqli bədən və dəri rəngində edib. Kolleksiyada qaradərili oyuncaqların çoxluğu diqqət çəkib.

Qeyd edək ki, şirkət Barbi ilə oynayan uşaqların şüuraltına gözəl görünmək üçün mütləq sarışın, mavigözlü, incəbelli və qıvraq xətlərə sahib olma fikrini yerləşdirməklə tənqid olunmuşdu.

Onlar daha sonra asiyalı və qaradərili gəlinciklər istehsal ediblər. Daha sonra müxtəlif peşə sahibi gəlincilər ərsəyə gətirən “Mattel” sonuncu dəfə isə çəkili, protez ayaq, əlil arabasında olan və keçəl oyuncaqlardan ibarət kolleksiyasını təqdim edib.