Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi
4223 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Ağaxan Salmanlı vəfat edib.

Axşam.az xəbər verir ki, bu haqda aktyor Cavidan Novruz məlumat yayıb.

O bildirib ki, 79 yaşlı aktyor bir neçə saat əvvəl avtobusda dünyasını dəyişib.

Qeyd edək ki, Ağaxan Əli oğlu Salmanlı 29 oktyabr 1941-ci ildə Suraxanıda anadan olub. 1949-1959-cu illərdə orta məktəbdə təhsil alıb. İlk sənət təhsilini Suraxanıda fəhlə gənclər dram dərnəyində, daha sonra Teatr İnstitutunun dram-kino aktyorluğu fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb (1960-1964). Peşəkar səhnə fəaliyyətinə Gənc Tamaşaçılar Teatrında Seyfəddin Dağlının “Bahar oğlu” əsəri əsasında Cəfər Cabbarlı rolu ilə başlayıb.

Bir neçə Mozalan kinojurnalında çəkilib. O, 1978-ci ildə Əməkdar, 2005-ci ildə isə Xalq artisti fəxri adını alıb. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə və 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülüb. 10 mart 2016-cı ildə Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" medalı ilə təltif edilib. 6 may 2016-cı ildə Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.