"4 il Demetin sayəsində evimə çörək aparmışam"

"4 il Demetin sayəsində evimə çörək aparmışam"
4305 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Merve Özbey Ortaköy istiqamətində təşkil olunan tədbirlərdən birində görüntülənib.

Axşam.az xəbər verir ki, ifaçı mərasimə makiyajsız qatılıb. O, konsertlər zamanı ağır makiyajdan istifadə etdiyi üçün adi günlərdə simasına heç nə vurmamağa çalışdığını bildirib.

Jurnalistlərin "Demək sizin haqqınızda deyib ki, bir mahnınızı oxuyub, o da bəyənilməyib" sözlərinə Merve belə cavab verib:

"Demet Akalın mənim çox sevdiyim sənətçidir. O, mənim böyüyümdür. Özünə də demişəm, bir yox, min mahnı da ona qurbandır. Mən 4 il Demetin sayəsində evimə çörək aparmışam".

Qeyd edək ki, iş adamı Kənan Koçak ilə bu yaxınlarda ailə quran Özbeyin nikah şahidlərindən biri də Akalın olub.