“Solğun sevgilər” maraqla qarşılanıb

“Solğun sevgilər” maraqla qarşılanıb
359 dəfə oxunub
  • A-
  • A
  • A+

A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində “Oyun” teatrının hazırladığı Mədəniyyət Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə teatrın birgə layihəsi olan “Solğun sevgilər” tamaşası nümayiş edilib.

Axşam.az xəbər verir ki, görkəmli dramaturqumuz Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə hazırlanan səhnə əsəri “Solğun çiçəklər” pyesi əsasında səhnələşdirilib.

Tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru Səidə Haqverdiyeva, quruluşçu rəssamı İqbal Əliyev, musiqi tərtibatçısı Vüqar Camalzadə, xoreoqrafı Elnur İsmayılovdur.

Səhnə əsərinin əsas ideyası sədaqət, dürüstlük, dostluq və saf məhəbbətin əbədiyaşarlığıdır. Fiziki əlillikdən çox mənəvi şikəstliyin qüsur olmasına diqqət çəkən səhnə işində baş rollardan savayı bütün obrazları həvəskarlar canlandırıblar.

Birhissəli səhnə əsərində rolları Xəqani Əliyev, Aysel Əlizadə, Nazlı Əliyeva, Səma Məmmədova, Rəsul Məmmədli, Ceyhun Mahmudov, Taleh İsmayılov, eləcə də aktyorlar Türkay Cəfərli, Cavid İbrahimov, Ülviyyə Əliyeva, Elnarə Qədimova, Zümrüd Qasımova və Günay Əhməd ifa ediblər.

İştirakçıların məharətli çıxışı səhnə əsərini baxımlı edib, tamaşa maraqla qarşılanıb.

Qeyd edək ki, “Oyun” teatrının həvəskarlarına pedaqoq və peşəkar aktyorların iştirakı ilə səhnə danışığı, vokal, xoreoqrafiya dərsləri də tədris olunur.