“Keçmişdən partlayış” nümayiş olunacaq

“Keçmişdən partlayış” nümayiş olunacaq
352 dəfə oxunub
  • A-
  • A
  • A+
Martın 10-da “YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə “Keçmişdən partlayış” adlı tamaşa nümayiş ediləcək.

Axşam.az xəbər verir ki, “YARAT” Müasir İncəsənət Mərkəzində nümayiş ediləcək tamaşa məşhur azərbaycanlı rəssam Əşrəf Muradın fantaziyasında “məskunlaşmış” Vinsent Van Qoq, Səttar Bəhlulzadə, Frida Kalo, Maral Rəhmanzadə kimi rəssamların və Volfqanq Amadey Motsart kimi incəsənət tarixinə iz qoymuş şəxsiyyətlərdən bəhs edir.

Nümayişdən sonra tamaşaçıların sualları cavablandırılacaq.