Əbülfəs Qarayev Birgə Komissiyanın həmsədri təyin edilib

Əbülfəs Qarayev Birgə Komissiyanın həmsədri təyin edilib
284 dəfə oxunub
  • A-
  • A
  • A+

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədi ilə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 aprel tarixli 1174 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” sərəncam imzalayıb.

Axşam.az xəbər verir ki, sərəncama əsasən, Mədəniyyət naziri Əbülfəs Qarayev Birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri təyin edilib.

Komissiyanın üzvləri aşağıdakı tərkibdə təsdiqlənib:

Xarici İşlər nazirinin müavini

İqtisadiyyat nazirinin müavini

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini

Energetika nazirinin müavini

Səhiyyə nazirinin müavini

Dövlət Turizm Agentliyinin sədri

Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfir.