Günü 10 min dollar olan evdə tətil edirlər - Fotolar

Günü 10 min dollar olan evdə tətil edirlər - Fotolar
3175 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyanın ən gənc milyarderi olan Kayli Cenner Baham adalarında gecəsi 10 min dollara olan villa kirayələyib.

Axşam.az xəbər verir ki, Şimali Sakit okeanın sahillərində yerləşən evin altı yataq otağı var.

22 yaşlı milyarderin “Airbnb” şirkətindən kirayələdiyi “Villa Rosalita” adlı evdə hovuz, bar, qonaqlar üçün xüsusi ev, həmçinin, geniş şüşəbənd var.

Rəfiqələri ilə etdiyi lüks tətillərlə gündəmə gələn Cenner tətil paylaşımlarını 164 milyon izləyicisi olan İnstaqramında paylaşır.

Qeyd edək ki, amerikalı milyarderin sərvəti 1 milyard dollardan çoxdur. O, bu gəliri “Kylie” adlı kosmetika brendindən əldə edib.