"Karantində olan 500 nəfərdə virus aşkarlanmayıb"

"Karantində olan 500 nəfərdə virus aşkarlanmayıb"
1271 dəfə oxunub
  • A-
  • A
  • A+

"Hazırda Azərbaycanda 500-ə qədər şəxs karantində saxlanılır".

Axşam.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, TƏBİB-in Yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

Onun sözlərinə görə, həmin şəxslərdən lazımi yaxmalar götürülüb:

"Onların heç birində koronavirus aşkar edilməyib. Karantində olan şəxslərin əksəriyyəti Azərbaycan vətəndaşlarıdır".

V.Əliyev xatırladıb ki, koronavirus xəstəliyini insanlar yüngül keçirir:

"Hətta ev şəraitində müalicəsi də mümkündür. Dünyada bu virusa yoluxanların təxminən 4-5 faizi ağır şəraitdə olaraq xəstəxana şəraitində keçirib".