Oksana "Çukur"da - Fotolar

Oksana "Çukur"da -  Fotolar
3946 dəfə oxunub
  • A-
  • A
  • A+

Rəqqasə Oksana Rəsulova sosial şəbəkədəki paylaşımı ilə marağa səbəb olub.

Axşam.az xəbər verir ki, sənətçi son günlər şou-biznes nümayəndələri arasındakı dəbə uyaraq, məşhur "Çukur" serialının çəkildiyi küçəyə yollanıb.

İstanbulda olan Oksana fotolarını izləyiciləri ilə bölüşüb. "Dostlar "Çukur"dayız. Ən sevdiyim serialın çəkildiyi yerə getdim. Sanki başqa bir aləm idi, sehirli və maraqlı" deyə, rəqqasə paylaşımında qeyd edib.

Rəsulova Türkiyəyə getməsinin başqa bir səbəbini də açıqlayıb. Sənətçi "Bonne Vie" türk dərgizinin qonağı olub. Onun müsahibəsi "Azərbaycanın dünya starı" başlığı ilə yayımlanıb.