Canəli Əkbərovun yubiley vaxtı dəyişdirildi

Canəli Əkbərovun yubiley vaxtı dəyişdirildi
490 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Canəli Əkbərovun anadan olmasının 80 illiyinə həsr olunmuş yubiley gecəsinin vaxtı dəyişdirilib.

Axşam.az xəbər verir ki, bu barədə APA-ya Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov deyib.

Onun sözlərinə görə, koronavirus təhlükəsi ilə əlaqədar konsert və teatr müəssisələrində olan tədbirlərin təxirə salınması ilə bağlı Canəli Əkbərovun yubiley gecəsi də təxirə salınıb: “Martın 10-a təyin olunan konsert gecəsinin vaxtının dəyişdirilməsi qərara alınıb. Xalq artistinin yubiley gecəsi aprelin 14-də keçiriləcək”.

Qeyd edək ki, martın 9-da Prezident İlham Əliyev Canəli Əkbərovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.