Sevda toyundan danışdı

Sevda toyundan danışdı
6505 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Sevda Yahyayeva bir neçə gün əvvəl nişanlanması ilə bağlı sualları cavablandırıb.

Axşam.az-a danışan sənətçi toyunun yayda keçiriləcəyini deyib:

"Mediaya qapalı olmayacaq. Nişanlımla bir neçə müddətdir tanış olmuşuq. Münasibətimizi gizli saxlayırdıq. İstədim sürpriz olsun. İnstaqramda yazdığı bir mesajla ürəyimi aldı".

Qeyd edək ki, Sevda Zakir Bayramov adlı həkimlə münasibətlərini rəsmiləşdirib. Onun nişanlısı “Leyla Şıxlinskaya” klinikasında həkim-genetik olaraq çalışır.