Prezident İlham Əliyev böyük xeyriyyəçi və ictimai xadim Hacı Zeynalabdin Tağıyev barədə sərəncam imzalayıb.
Axşam.az-ın məlumatına görə, sərəncamda bildirilir ki, Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etməlidir.