Türkiyəli müğənni Demet Akalın ötən gün Cem Yılmazın “stand up” şousunu izləməyə gedib.
Axşam.az xəbər verir ki, şou zamanı çox güldüyün deyən sənətçi Serenay Sarıkaya ilə Cem Yılmazın bir-birinə yaraşdığını da söyləyib:
“Onları çox yaraşdırıram. Hər iksini də ayrı-ayrı sevirəm. Evlənsələr, səhnəyə pulsuz çıxaram”.
Tamaşadan sonra obyektivlərə poz verən Demet 80 min 600 lirəlik (21 min 813 manat) geyimi ilə diqqət çəkib.
“Fendi” brendindən geyinən Demetin çantası 9 min 300 lirə, tulumu 10 min 100 lirə, paltosu 53 min 800 lirə, çəkməsinin qiyməti isə 7 min 400 lirə dəyərində olub.