Qaxda 23 yaşlı qız burun əməliyyatı zamanı öldü

Qaxda 23 yaşlı qız burun əməliyyatı zamanı öldü
2018 dəfə oxunub
  • A-
  • A
  • A+

Qax rayonunda 23 yaşlı qadın əməliyyat zamanı ölüb.

Axşam.az “qafqazinfo”ya istinadən xəbər verir ki, Balakən rayon sakini, 1997-ci il təvəllüdlü Layıcova Rəyisə Kamil qızı burun çəpərinin deformasiyası ilə əlaqədar əməliyyat olunması üçün Qax rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Lor həkim Əkrəm İmaməliyev tərəfindən aparılan əməliyyat zamanı R.Layıcovanın halı pisləşərək ölüb. O, evli, bir uşaq anası olub.

Faktla bağlı Qax rayon prokurorluğunda (səhlənkarlıq, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.