"Bunu üzümə deməyə cəsarətləri olmayıb. Amma məni bəyənməyən Xalq artistləri olub. Adlarını çəkməyəcəm".

Axşam.az xəbər verir ki, bu sözləri stilist Anar Ağakişiyev qonaq olduğu "7 Canlı" verilişində deyib. O, müğənnilərin stilistləri qısqanmasından bəhs edib:

"Bəzən müğənni camiyəsi biz stilistlərə qısqanclıqla yanaşırlar. O qədər istedadlı stilistlər var ki... O qədər uğurlu iş ediblər ki, müğənnilər çalışıb onu vursun".

Anar dəbdən də danışıb. O, 2020-ci ildə nələrin dəbdə olacağı ilə bağlı xanımlara məsləhət verib:

"Əvvəl mat dodaq boyası dəbdə idi. İndi bir az təravətli, təzə makiyaj dəb olacaq. Bu il qalın, hətta çatma qaşlar dəbə düşəcək. Xanımlara deyirəm ki, qaşlarını nazik etməsinlər".



Xəbər lenti